Ləhiş bağlarında torpaq qalmaqalı: Qazilər onlara ayrılan sahəyə niyə girə bilmir?
176
14:08, Bu gün

Ləhiş bağlarında torpaq qalmaqalı: Qazilər onlara ayrılan sahəyə niyə girə bilmir?

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan bir neçə şəxsə 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinin Ləhiş bağları adlanan ərazisində təxminən 1 hektara yaxın torpaq sahəsi verilib.
 
Lakin həmin şəxslər 24 il ərzində burada nə abadlıq işləri apara, nə də əraziyə daxil ola biliblər. Onların sözlərinə görə, buna səbəb yerli sakinlərdən birinin onlara mane olmasıdır.
 
"Bu torpaqlar müharibə veteranı olduğumuz üçün Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən müqavilə əsasında bizə bağ təsərrüfatı kimi verilmişdi. 2001-ci ildən bu günə qədər dəfələrlə burada abadlıq işləri görmək istəmişik, lakin yerli sakin Dilşad Paşayeva buranın onun dədə-baba torpağı olduğunu iddia edərək bizə imkan verməyib. O vaxtdan bəri mübarizə aparırıq, amma nəticəsi olmayıb. Keçən il isə oğlu ilə birlikdə əlində balta dayanıb, "özünü yaxşı apar, buradan çıx get" deyərək hədə-qorxu gəldi", - şikayətçi Araz Allahverdiyev bildirib.
 
Dilşad Paşayeva isə ittihamlara belə cavab verib:
 
"Onlara qarşı cinayət işi açılıb və sənədlərinin saxta olduğu təsdiq edilib. Bura mənim dədə-baba torpağımdır".
 
Mövzu ilə bağlı sözügedən ərazinin aid olduğu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsindən isə bildirib ki, məsələnin onlara hər hansı bir bağlılığı yoxdur.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər