Bu rayonların ərzaq bazarlarında monitorinqlər aparılıb - VİDEO
114
12:46, Bu gün

Bu rayonların ərzaq bazarlarında monitorinqlər aparılıb - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində yerləşən ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir.
 
Moderator.az xəbər verir ki, bu çərçivədə Qazax, Cəlilabad və Astara rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı növbəti monitorinqlər həyata keçirilib.
 
Aparılan nəzarət tədbirləri zamanı xüsusilə yüksək risk qrupuna aid olan məhsulların — balıq, quş əti və digər tez xarab olan qidaların — açıq havada, uyğun olmayan temperatur və gigiyena şəraitində satışa çıxarıldığı müəyyən edilib.
 
Bundan başqa, satış səthlərinin dezinfeksiya edilmədiyi, məhsullar üzərində etiket məlumatları yerləşdirilmədiyi və soyuducuda temperatur rejiminə riayət olunmadığı və digər nöqsanlar qeydə alınıb.
 
Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahiblərinə müvafiq göstərişlər verilib. Monitorinq və nəzarət tədbirləri bundan sonra da mütəmadi qaydada davam etdiriləcək.
 
Bölgələrdə yerləşən ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarx: 
Link kopyalandı!
Son xəbərlər