150
08:22, Bu gün

"Qanunsuz tikili" dilemması: Aqrar təyinatlı torpaqlarda evlərin sənədləşməsi nə zaman həllini tapacaq?

Bakı şəhəri və Abşeron yarımadasında illərdir ki, aparılan qanunsuz tikililər vətəndaşları çıxılmaz vəziyyətdə qoyub. Həmin ərazilərdə tikinti aparmağa icazə verilmir, kənd təsərrüfatı üçün isə yararsız sayılır.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, illər əvvəl belə sahələri alıb yaşayış evi tikən sakinlər indi həmin ərazilərin sənədləşdirilməsində ciddi problemlərlə üzləşiblər.
 
Ərazilər hissələrə bölünərək satıldığından yerdə qalan torpaq kiçik sahələr olaraq qalıb. Nəticədə belə ərazilərdə nə əkin-biçin, nə də heyvandarlıqla məşğul olmaq olur.
 
Ekspert Elnur Fərzəliyev deyir ki, heç bir hüquqi əsas yoxdursa, həmin torpaqlar "boş qalan sahə" kimi qalır və onun gələcək taleyi dövlət tərəfindən hazırlanan torpaq idarəçiliyi planına uyğun müəyyən edilir.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər