107
08:52, Bu gün

"Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz" - Vətəndaşların üzləşdiyi problem

Gəncə şəhərinin Faiq Bayramov küçəsində yaşayan bir qrup sakin ciddi bir problemlə üzləşib. Belə ki, yaşayış ünvanlarının dəyişdirilməsindən sonra onların evlərində tanımadıqları şəxslər qeydiyyata düşüblər.
 
Vətəndaşlar bu vəziyyətdən narazılıq edərək, çıxış yolu tapa bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, bu şəxslərin çoxu ölkə hüdudlarından kənarda yaşayırlar:
 
"Qeydiyyata alınan şəxslərin çoxu Azərbaycanın hüdudlarından kənardadırlar, mən nə onları qeydiyyatdan çıxara bilirəm, nə də kimə şikayət edirəm, deyirlər bizlik deyil".
 
Sakinlərdən biri isə öz evindəki vəziyyəti belə izah edib:
 
"17 nəfərdən 4-ü bizik, 13-ü qonşulardır. Qonşular da deyirlər ki, biz həmin ünvandan çıxsaq, havada qalırıq. Həmin qonşuları da qeydiyyata o biri qonşular salıblar. Biz ünvanları dəyişmək üçün gərək bütün qonşular bir-birini məhkəmə yolu ilə çıxarsın, təzədən şəxsiyyət vəsiqələri yenilənsin və çıxarış düzəlsin".
 
Vətəndaşlar bu prosesin həm vaxt, həm də maliyyə baxımından çətin olduğunu qeyd edirlər. Onlar tək məhkəmə rüsumunun 100 manat, vəkilə ərizə yazdırmaq üçün isə 30-40 manat ödənməli olduğunu vurğulayırlar.
 
Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDXN) Ünvan Şöbəsinin müdiri Rəna Vəliyeva məsələyə aydınlıq gətirib:
 
"Köhnə qaydalarla ünvanların təkrarlanma halları çox olurdu. Bu və digər problemlərə görə biz ölkə üzrə yeni qaydalara, yeni sistemə keçid etdik. Yeni qaydalarla verilən ünvanlar təkrarlanmır".
 
Daha ətraflı Baku TV-nin süjetində:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər