Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Balta dərəsi
191
08:12, Bu gün

Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Balta dərəsi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "XX əsrdə ləğv edilən Blata dərəsi yurdu" adlı süjet hazırlanıb.
 
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası toponimi və hidronimi haqqında söz açılır.
 
Bildirilir ki, oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər, eləcə də Qərbi Azərbaycanın qədim yaşayış məskənləri ermənilər tərəfindən tarix boyu saxtalaşdırılmağa məruz qalıb.
 
Balta dərəsi - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun Ardanış kəndi ərazisində qışlaq olub. XX əsrin 30-cu illərində ləğv edilib.
 
Baltaçay - Şəmşəddil mahalında, Dilican şəhəri yaxınlığında kənd olub. 1959-cu ildə kəndin ərazisi bu şəhərə birləşdirilərək ləğv edilib.
 
Barana - İnzibati ərazi kimi 1920-1929-cu illərdə indiki Ermənistanın şimal rayonları ilə birlikdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilib. Rayon kimi 1937-ci ildə təşkil olunub. 1938-ci ildə adı dəyşdirilib Noemberyan qoyulub. 1953-cü ildə ləğv edilib və ərazisi Allahverdi/Tumanyan rayonunun tabeliyinə verilib. 1954-cü ildə yenidən müstəqil rayon kimi yaradılıb, 1996-cı ildə Tavuş vilayətinə daxil edilib.
 
Barana - Loru mahalının Barana, sonra Noemberyan adlandırılan rayonda kənd və rayon mərkəzi olub. Həmçinin Kürün hövzəsində çay adıdır.
 
Barana qəzası - Şəmşəddil mahalı, Dilican şəhəri ərazisində kiçik qəza olub. 1929-cu il oktyabrın 1-də ləğv edilib.
 
Sonda vurğulanır ki, orta əsrlərdən etibarən xristian missionerləri kimi Cənubi Qafqaza gələn ermənilər saxta tarix kitabları yazaraq özlərini bu regionun axtoxton sakinləri kimi qələmə verib, toponimləri öz adlarına çıxıblar: "Lakin adını çəkdiyimiz bütün yaşayış məskənləri erməni saxtakarlığını təsdiqləyən və üzə çıxaran tarixi gerçəkliklərdir".
 
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər