Bakıda şərab evini qarət edən müharibə iştirakçısına HÖKM OXUNDU
115
15:55, Bu gün

Bakıda şərab evini qarət edən müharibə iştirakçısına HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt sakini Yusifov Xəyal Hikmət oğlunun cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
 
Moderator.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə o, təqsirləndirilən X. Yusifovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Yusifovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsin müharibə iştirakçısı olduğunu və qarşı tərəflə barışıq əldə etdiyini nəzərə alınaraq yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edib.
 
Müşavirədən sonra məhkəmə tərkibi X.Yusifovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
 
Xatırladaq ki, 2025-ci ilin martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.
 
Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və  X. Yusifova qarşı Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 maddələri ilə ittiham irəli sürülüb.
 
Link kopyalandı!
Son xəbərlər