AAYDA-da payız-qış mövsümünə hazırlıq üçün xüsusi qərargah yaradılıb - VİDEO
58
13:11, Bu gün

AAYDA-da payız-qış mövsümünə hazırlıq üçün xüsusi qərargah yaradılıb - VİDEO

Payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarının, hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən görülən işlər davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu məqsədlə agentliyin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, eləcə də tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2025-26-cı illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qurumun İdarə Heyəti sədrinin əmri ilə xüsusi qərargah yaradılıb.
 
Həmin əmrlə tabelikdəki MMC-lərin xidmət göstərdikləri avtomobil yollarında payız-qış mövsümünə hazırlıq, o cümlədən Bakı şəhərinin prospekt və küçələrinin qardan və buzdan təmizlənməsi üzrə Tədbirlər Planı təsdiq edilib.
 
Əmrə uyğun olaraq görülən işlərin icrası və qış mövsümünə hazırlığın gedişi keçirilmiş müşavirədə müzakirə olunub.
 
Müşavirə zamanı qış aylarında yarana biləcək çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün həyata keçirilən hazırlıq tədbirləri barədə məlumat verilib, məsul şəxslərlə mövcud vəziyyət ətraflı qiymətləndirilib.
 
Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlığın gücləndirilməsi və qarşıda görüləcək işlərin yüksək keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Link kopyalandı!
Son xəbərlər