104
08:03, Bu gün

"Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər" - Elçin Əzizov ünvanında yaşayan sakinlər

Bələdiyyə seçkisi zamanı sakinlərin səsini qazanmaq üçün yolun bir hissəsini təmir edib, bir hissəsi isə bir ilə yaxındır təmirsiz qalıb.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə paytaxtın Səbail rayonu, Elçin Əzizov ünvanında yaşayan sakinlər müraciət ediblər.
 
Onlar bildirirlər ki, ötən ilin sonunda və bu ilin yanvarında Səbail bələdiyyəsinin əməkdaşları seçki zamanı vətəndaşların səsini toplamaq məqsədilə küçənin yolunu asfaltlamaq barədə söz veriblər. Küçənin bəzi ərazilərində təmir aparılsa da, seçki bitdikdən sonra yolun digər hissələri asfaltsız qalıb.
 
Sakinlər deyirlər ki, yağıntılı günlərdə bu ərazidə vəziyyət daha acınacaqlı olur. Dəfələrlə bu problemlə bağlı müraciət də ediblər. Hər dəfə də cavab eyni olub: "Gəlib düzəldəcəyik".
 
Məsələ ilə bağlı Səbail Rayon Bələdiyyəsindən bildirilib ki, rayon ərazisində məhəlləarası yollara asfalt çəkilməsi ilə bağlı müraciət çox daxil olduğundan bu işi mərhələli şəkildə, növbəlilik prinsipinə əsasən həyata keçirirlər. Bələdiyyənin tədbirlər planına uyğun olaraq, Elçin Əzizov küçəsinin bir hissəsinə asfalt çəkilib, qalan hissəsinə isə mərhələli şəkildə asfalt döşənməsi nəzərdə tutulub.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər