Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, "Euronews" telekanalı Azərbaycanın ən mənzərəli bölgələrindən biri olan Lənkəran haqqında süjet təqdim edib.
Süjetdə regionun subtropik təbiətinin zənginliyi, müxtəlif meyvə bağları və yerli əhalinin özünəməxsus həyat tərzi əhatəli şəkildə əks olunub.
Qeyd edilib ki, mülayim subtropik iqlimi sayəsində Lənkəran ölkənin ən çox meyvə yetişdirilən bölgələrindən biri hesab olunur.
Xalqımızın Qarabağ zəfərindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi gerçəklikdən bəhs edən "Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: tarix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi" adlı fundamental kitab İngiltərənin nüfuzlu "Cambridge Scholars Publishing" nəşriyyatında işıq üzü görüb.
Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun kafedra müdiri, professor Vəfa Qurbanın redaktorluğu ilə hazırlanmış fundamental nəşr həm elmi dairələr, həm də Cənubi Qafqaz məsələləri ilə məşğul olan siyasi araşdırma mərkəzləri üçün mötəbər mənbədir.
Monoqrafiyada Cənubi Qafqazın geosiyasi baxımdan ən həssas məkanlarından olan Qərbi Azərbaycan bölgəsi çoxşaxəli elmi yanaşma ilə təhlil olunur. Əsərin əsas məqsədlərindən biri Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə elmi, faktlara əsaslanan və anlaşılan şəkildə təqdim etməkdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: