137
15:16, Bu gün

"1981-ci ildən bəri aidiyyəti qurumlar yaşadığımız binanı təmir etməyib" - Sakinlərin ŞİKAYƏTİ

Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 10 ünvanındakı bina illərdir ki, təmirsiz vəziyyətdədir.
 
Sakinlərin sözlərinə görə, ətrafdakı tikililərdə təmir-bərpa işləri aparılsa da, sözügedən binanın problemləri həll edilmir.
 
"1981-ci ildən bu binada yaşayıram. Həmin vaxtdan bəri aidiyyəti qurumlar tərəfindən təmir işləri aparılmayıb. Hər şeyi özümüz etmişik", - deyə sakin narazılığını bildirib.
 
"Beton plitələr uşaqların üstünə qopub tökülür. Yağış yağanda liftə belə su dolur", - başqa bir sakin deyib.
 
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə məlumat verilib ki, son illər rayon ərazisində bir çox binalar təmir olunub və bu proses davam edir: "Sözügedən çoxmənzilli yaşayış binası da gələcəkdə təmir olunacaq binalar arasındadır".
 
Daha ətraflı Baku TV-nin süjetində:
Link kopyalandı!
Son xəbərlər