“Həmin oğlanla 8-15 illik eşq yaşamaq istəyirəm, ərə getmək yox
147
14:53, Bu gün

“Həmin oğlanla 8-15 illik eşq yaşamaq istəyirəm, ərə getmək yox" - VİDEO

Azərbaycanlı Tiktok fenomeni Elnurə şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikir və etirafları ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
 
O, canlı yayım zamanı münasibətlər mövzusunda öz istəklərini açıq şəkildə dilə gətirib.
 
Elnurə bildirib ki, evliliyi düşünmür və özünə xüsusi xarakterə sahib biri ilə uzunmüddətli bağlılıq arzulayır:
 
"Elə bir oğlan istəyirəm ki, yaşadığım hər şeyi mənə unutdursun. Evlilik istəmirəm, 8-15 illik münasibət istəyirəm. Həyatıma sevinc gətirsin, yaşadıqlarımın üzərinə dəysin".
 
Tiktokerin bu sözləri izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bəziləri onun düşüncəsini dəstəkləsə də, digərləri bu yanaşmanı qeyri-etik hesab edib.

milli.az

Link kopyalandı!
Son xəbərlər