“Döşəmə qırıldı, yoldaşım düşdü yerə, heç kim maraqlanmadı” - VİDEO
61
12:05, Bu gün

“Döşəmə qırıldı, yoldaşım düşdü yerə, heç kim maraqlanmadı” - VİDEO

Binəqədi rayonu, 3-cü mədən, 121-ci korpusun sakinləri illərdir qəzalı vəziyyətdə olan binada yaşayırlar.

Bu barədə Baku TV-yə sakinlər məlumat verib. 

Onlar bildirib ki, insanların bir qismi artıq binanı tərk edərək kirayədə yaşayır: “Binada 13 ailə var, amma onlardan yalnız 3-ü burada qalır. Digərləri isə kirayədə yaşayır. Bina uçub tökülür. İritonnajlı maşınlar yoldan keçəndə evlər silkələnir”.

Bina sakini Rəfael Əliyevin sözlərinə görə, burada yaşamaq qeyri-mümkündür: “Döşəmə qırıldı, yoldaşım düşdü yerə. Aidiyyəti qurumlara zəng etdim, amma heç kim maraqlanmadı. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy var. Ancaq sökülməsi ilə bağlı heç bir məlumat yoxdur”.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina xüsusi təyinatlı olduğu üçün onların balansında deyil. Tikili Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. 

Bakı Şəhər İcra Hakimiyyətindən isə binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Bildirilib ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi müraciət edilib. Sonuncular isə bundan məlumatlı olduqlarını və yaxın zamanda sakinlərlə söhbət aparılacağını bildiriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər