İranda havanın çirklənməsi həyata təhlükə yaradır - VİDEO
108
12:58, Bu gün

İranda havanın çirklənməsi həyata təhlükə yaradır - VİDEO

Tehranda sərnişin təyyarəsi pilotunun eniş edərkən çəkdiyi video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, havanın çirklənmə dərəcəsinin nə qədər kritik olduğu kadrlardan aydın görünür.
 
İki gün əvvəl Tehran dünyanın ən çirklənmiş şəhəri hesab edilib. İran Meteorologiya Təşkilatının məlumatına görə, çirklənmə səviyyəsi, xüsusilə sənaye və əhalinin sıx olduğu rayonlarda artmaqda davam edir.
 
Son günlərdə İranın bir sıra şəhərlərində çirklilik səviyyəsinin yüksək olması səbəbindən məktəblər və dövlət qurumları bağlanıb. Ekspertlər qeyd edirlər ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün təhlükəli həddə çatıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər