Azərbaycanda binanın blokunun uçma anı - VİDEO
336
10:05, Bu gün

Azərbaycanda binanın blokunun uçma anı - VİDEO

Goranboy rayonunda istifadəyə yararsız vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
 
Hadisə dünən axşam saat 21:00 radələrində baş verib.
 
Bildirilir ki, binanın həmin hissəsi qəfil dağılaraq uçub. Hadisə zamanı xəsarət alan olmayıb.
 
Əraziyə dərhal Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN-in Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub. /Milli.az/

Link kopyalandı!
Son xəbərlər