Qərbi Azərbaycan Xronikası:
606
08:07, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında xüsusi veriliş efirə gedib.
 
Moderator.az xəbər verir ki, verilişdə Ermənistanda müharibə isterikası, hərbi çevriliş çağırışları, revanşistlərin planlarından bəhs olunur.
 
Bildirilir ki, İrəvanda "baş nazir Nikol Paşinyan azərbaycanlıları Ermənistana gətirir" iddiası genişlənir: "Azərbaycanın taxıl göndərməsi Ermənistanı şoka salıb. Sanki ölkədə daxili savaş gedir. İrəvanda hakimiyyət böhranı dini isterikaya çevrilib. Paşinyan azərbaycanlıların geri dönməsi iddiası ilə manipulyasiya edir. Bir sözlə, erməni cəmiyyəti reallığa dözə bilmir".
 
Süjetdə revanşistlərin planlarına dair ekspertlərin fikirlərinə yer verilir, zəhərli buğda mifinin arxasında kimlərin dayanması, Paşinyanı devirəcək yeni gücün kimliyinə, həmçinin erməni revanşizminin psixologiyası, Azərbaycanın sakit güc siyasətinin Ermənistanda kollektiv travma yaratması, qonşu ölkənin sülh qorxusunun səbəbləri, psixoloji müqavimətin kökləri, eləcə də Ermənistanın kimin təsiri altında olmasına aydınlıq gətirilir.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər