Bizi sosial şəbəkələrdən izləyin:
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində artıq 50 gündən çoxdur ki, mənşəyi məlum olmayan su axıntısı müşahidə olunur.
Su yalnız küçədə deyil, bir neçə evin həyətinə, hətta mənzillərin içinə qədər daxil olur.
Nəticədə evlərin divarlarında nəm, su izləri və kif əmələ gəlib.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem aradan qaldırılmayıb. Onlar bildirirlər ki, ADSEA-nın əməkdaşları əraziyə cəlb olunub, qazıntı işləri aparılıb, lakin sızmanın hansı xəttdən baş verdiyi müəyyən edilməyib. "Yalandan gəlib qazıb gedirlər. Camaat zülmlə yaşayır, əraziyə baxan yoxdur", - şikayətçilərdən biri söyləyib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, axıntının mənbəyinin müəyyənləşdirilməsi məqsədilə əraziyə xüsusi briqada göndərilib. Araşdırmalar zamanı içməli su xəttində hər hansı sızma faktı aşkarlanmayıb.
Agentlikdən qeyd olunub ki, sudan götürülən nümunələrin analizi nəticəsində müşahidə olunan axıntının qrunt suları olduğu müəyyən edilib.
Daha ətraflı Baku TV-nin videomaterialında: