Bizi sosial şəbəkələrdən izləyin:
Aktyor Hüseyn Əlili aktrisa həyat yoldaşı Gültac Əliliyə ev hədiyyə edib.
Bu haqda Gültac "İncə səhər" verilişində danışıb. Bildirib ki, yaşadıqları evi Hüseyn ona bağışlayıb:
"Evdə Hüseyn daha yığımcıldır. Mən özümə çox şeyi qıymıram. Amma biz birlikdə evimizin kredit borcunu ödəyib bitirdik. Sonra Hüseyn evi mənə hədiyyə etdi, mənim adıma keçirtdi. Gözləyirdim ki, öz adına keçirəcək evi. Amma etmədi".
Qeyd edək ki, Akademik Musiqili Teatrda çalışan cütlüyün 2 övladı var. (Axşam.az)