AFEN Plazadakı partlayışda ana və azyaşlı övladı da xəsarət alıb - VİDEO
227
09:45, Bu gün

AFEN Plazadakı partlayışda ana və azyaşlı övladı da xəsarət alıb - VİDEO

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.
 
Moderator.az xəbər verir ki, partlayış zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb.
 
Hadisə nəticəsində obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də yaralanıb.
 
“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, - xəsarət alanlardan biri deyib.
 
“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, - xəsarətlərlə xəstəxanaya yerləşdirilən şəxslərdən birinin anası qeyd edib.
 
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər