Bakıda ofis binasında PARTLAYIŞ: 7 nəfər xilas edilib - YENİLƏNİB + VİDEO
607
11:15, Bu gün

Bakıda ofis binasında PARTLAYIŞ: 7 nəfər xilas edilib - YENİLƏNİB + VİDEO

Məlumat verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
 
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
 
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
 
FHN-in idarə rəisi, mayor Toğrul Mehdiyev hadisə yerində jurnalistlərə bildirib ki, hadisənin baş vermə səbəbi ilə bağlı dəqiq məlumat yoxdur: "Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

09:47

 
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
"Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür", - deyə məlumatda bildirilib.
 
 
09:29
 
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Link kopyalandı!
Son xəbərlər