Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi - FOTO/VİDEO
45
17:13, Bu gün

Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi - FOTO/VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimiz - baş leytenant Mirzəyev Cavid Azər oğlu və əsgər Sadıqov Səbuhi Rövşən oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
 
Müdafiə Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Anım mərasimində çıxış edənlər şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yollarından danışıblar.
 
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər