Çingiz xəstəxanalıq oldu - VİDEO
40
15:30, Bu gün

Çingiz xəstəxanalıq oldu - VİDEO

Müğənni Çingiz Mustafayev əməliyyat olunub.
 
Sənətçi xəstəxanadan olan görüntülərini izləyiciləri ilə bölüşüb. O bildirib ki, çiynində olan problemə görə bıçaq altına yatıb:
 
"15 il ərzində çiynim 7 dəfə çıxıb. Hər dəfə eyni ağrı, qorxu, narahatlıq… İdman da, aktiv həyat da tam mümkün olmurdu. Hər dəfə özümə deyirdim: hələ tezdir, bir az da gözləyim, bir sözlə, iş-güc və sairə… Amma 2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib. Dünən əməliyyat olundum. İndi uzun bir reabilitasiya dövrü başlayır. Əməliyyat önəmlidir, amma ən çətini sonrakı mərhələdir: səbir, intizam və özünü qorumaq". (Axşam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər