Özü-özünü
232
08:22, Bu gün

Özü-özünü "dəlixanalıq" etdi - Rok musiqisinin 28 yaşlı əfsanəsi barədə bilinməyənlər

Baku TV SSRİ dövründə musiqi aləmində əsl inqilab yaradan, yenidənqurma illərində gənclərin kumirinə çevrilən, cəmi 28 il yaşayan "Kino" rok-qrupunun yaradıcısı və solisti Viktor Tsoy barədə araşdırmanı təqdim edir.
 
1962-ci ildə Leninqradda doğulan Viktor Tsoy uşaqlıqda qapalı böyüyüb, musiqi və rəssamlığa böyük maraq göstərib. İlk gitarasını alandan sonra mahnılar yazmağa başlayıb, məktəbdən xaric olunduqdan sonra isə peşə məktəbində oxuyub.
 
1981-ci ildə "Kino" qurulur. "45", "Sevgisiz", "Gecə", "Qan qrupu" kimi albomlar onu ölkə miqyasında məşhurlaşdırır, "Dəyişiklik" mahnısı yenidənqurmanın simvoluna çevrilir.
 
"46" adlı ikinci albom çıxdıqdan sonra Viktor hərbi çağırış vərəqəsi alır. Əfqanıstana göndərilmək qorxusundan o özünü ruhi xəstə kimi təqdim etmək üçün damarlarını kəsməyə cəhd edir. Lakin qandan qorxduğuna görə qolunu sadəcə cızıqla zədələyir. Ay yarım psixiatrik xəstəxanada saxlanılan Tsoy burada "Trankvilizator" mahnısını bəstələyir.
 
Tsoy eyni zamanda "Assa" və "İynə" filmlərində çəkilərək böyük aktyor uğuru qazanır. 1990-cı ildə qastrol səfərlərinin zirvəsində olarkən Latviyada avtomobil qəzasında həlak olur.
 
Ölümündən sonra "Qara albom" yayımlanır, xatirəsinə abidələr ucaldılır və adı asteroidə verilir.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər