Bakı sakini:
45
08:16, Bu gün

Bakı sakini: "Əvvəllər qonşuluq münasibətləri çox yaxşı idi, indi hər şey dəyişib"

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Bakı sakini Leyla İbrahimova olub.
 
O, nənəsi ilə babasının nakam eşqindən söz açıb: "SSRİ dövründə nənəmlə babamı Moskvaya oxumağa göndərmişdilər. Qatarda gedəndə babam orada bir xanımın xəstələndiyini eşidir. Ona dərman alır, qayğı göstərir. Sonra Bakıya qayıdanda həmin xanıma, yəni nənəmə evlilik təklifi edir. Amma evliliklərinin 5-ci ildönümündə nənəm uşaq üstündə dünyasını dəyişir. Babam nənəmi çox sevirdi, həmin gün geyinməsi üçün ona gəlinlik tikdirmişdi. Nənəm elə o paltarda dəfn olunur".
 
Leyla İbrahimova, həmçinin o dövrün qonşuluq və qohumluq münasibətlərindən danışıb:
 
"Əvvəllər qonşuluq və qohumluq münasibətləri çox yaxşı idi. Keçmişdə bayramlarda bir-birimizin evinə gedər, pay aparardıq. İndi isə hər şey dəyişib. İnsanlar bayramlarda sosial şəbəkələr vasitəsilə bir-birlərini təbrik etməklə kifayətlənir, qohumluq əlaqələrini gücləndirmək istəmirlər".
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər