Azərbaycanda heç kimin xəstələnmədiyi, dörd ailənin yaşadığı kənd: Dağlar qoynunda yerləşən Dərə Məhəlləsi
128
14:15, Bu gün

Azərbaycanda heç kimin xəstələnmədiyi, dörd ailənin yaşadığı kənd: Dağlar qoynunda yerləşən Dərə Məhəlləsi

İsmayıllıda dağların arasında gizlənən və cəmi səkkiz evdən ibarət, dörd ailənin yaşadığı Dərə Məhəlləsi adlı bir kənd var.
 
Bu yaşayış məntəqəsinə avtomobil yolu çəkilməyib. Dərə Məhəlləsi İsmayıllının Gəndov kəndindən təqribən dörd kilometr məsafədə yerləşir.
 
Kənd sakinləri nəqliyyat vasitəsi kimi at, yaxud qatırdan istifadə edirlər. Yağışlı və qarlı hava şəraitində isə hərəkət olduqca çətinləşir.
 
Moderator.az xəbər verir ki, "Report"un əməkdaşları Dərə Məhəlləsi kəndində bir gün keçirib, oranın gözəlliyi, insanların həyat tərzi və ərazidəki Ağçay (İspikəş) şəlaləsi ilə bağlı videoreportaj hazırlayıblar.
 
Videoreportajı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər