239
14:04, Bu gün

"Haber Global" Adanada keçirilən Azərbaycan biznes və investisiya toplantısı ilə bağlı videosüjet hazırladı

Türkiyənin Adana şəhərində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin təşəbbüsü ilə "Azərbaycan Ölkə Günü - biznes və investisiya imkanları" toplantısı keçirilib.
 
Bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
 
Məlumata görə, toplantıda Türkiyə-Azərbaycan dostluğu, Azərbaycandakı biznes və investisiya imkanları və Qarabağın yenidən qurulması vurğulanıb.
 
Toplantıya Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov da qatılıb.
 
İşğaldan azad edilmiş Qarabağın yenidən qurulmasının əhəmiyyəti toplantıda gündəm mövzulardan olub. Bu kontekstdə toplantıda iştirak edən sərmayədarlara Azərbaycandakı investisiya imkanları və əməkdaşlığın əhəmiyyətindən bəhs edilib.
 
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qarabağda gedən inkişaf və türk investorlara təklif olunan üstünlüklər barədə məlumat verib.
 
O, Qarabağda iş yerlərinin yaradılmasının vacibliyinə də diqqət çəkib.
 
"Qarabağda ehtiyac duyduğumuz insanların işləyəcəyi daha kiçik, özəl investisiyaların olması üçün dövlət çox sayda üstünlüklər təqdim edir", - deyə səfir qeyd edib.
 
Toplantıda Türkiyə-Azərbaycan qardaşlığı bir daha vurğulayıb. Eyni zamanda, kiçik və orta müəssisələrin regiona investisiya qoymaları üçün təşviq ediləcəyi də bildirilib.
 
Daha ətraflı videosüjetdə:
Link kopyalandı!
Son xəbərlər