131
11:54, Bu gün

"Antisanitar vəziyyətdən əziyyət çəkirik" - TÜRKAN qəsəbəsindən ŞİKAYƏT

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
 
Moderator.az xəbər verir ki, oxu.az-a müraciət edən sakinlər bildiriblər ki, Müslüm Maqomayev küçəsində "köhnə poliklinika" adlanan ərazi zibilliyə çevrilib.
 
Onlar qeyd ediblər ki, ətrafda yığılan məişət tullantıları vaxtaşırı daşınmadığından küçədə yaranan pis qoxu və həşəratların artması narahatlıq yaradır.
 
Həmçinin vurğulayıblar ki, antisanitar vəziyyət səbəbindən milçək, ağcaqanadların da sayı hədsiz artıb.
 
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Link kopyalandı!
Son xəbərlər