Azyaşlı qızların saçları pul üçün kəsilir: Mütəxəssislər psixoloji risklər barədə xəbərdarlıq edirlər
149
08:04, Bu gün

Azyaşlı qızların saçları pul üçün kəsilir: Mütəxəssislər psixoloji risklər barədə xəbərdarlıq edirlər

Sosial şəbəkələrdə yayılan görüntülərdə azyaşlı qızların saçlarının kəsilərək satıldığı göstərilir. Bəzi valideynlərin maddi çətinlik səbəbindən bu addımı atdığı iddia olunur.
 
Baku TV-nin əməkdaşı belə səhifələrin biri ilə əlaqə sazlayıb:
 
"Biz ən azı 55 sm saç götürürük. Əgər ucu da olsa, 100 qramını 120-140 manatla hesablayarıq. Uşağa qısa kare saç şəkilləri tapın, göstərin, tərifləyin özü də bəyənsin, saçı kəsiləndə ağlamasın", - deyə zəngə cavabda bildirilib.
 
Mütəxəssislər uşağın bədəninə bu cür müdaxilənin onun psixologiyasına ciddi təsir göstərə və şəxsiyyətini zədələyə biləcəyini qeyd edirlər.
 
Ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər