Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkələrdə yayılan görüntülərdə azyaşlı qızların saçlarının kəsilərək satıldığı göstərilir. Bəzi valideynlərin maddi çətinlik səbəbindən bu addımı atdığı iddia olunur.
Baku TV-nin əməkdaşı belə səhifələrin biri ilə əlaqə sazlayıb:
"Biz ən azı 55 sm saç götürürük. Əgər ucu da olsa, 100 qramını 120-140 manatla hesablayarıq. Uşağa qısa kare saç şəkilləri tapın, göstərin, tərifləyin özü də bəyənsin, saçı kəsiləndə ağlamasın", - deyə zəngə cavabda bildirilib.
Mütəxəssislər uşağın bədəninə bu cür müdaxilənin onun psixologiyasına ciddi təsir göstərə və şəxsiyyətini zədələyə biləcəyini qeyd edirlər.
Ətraflı Baku TV-nin videomaterialında: