Bizi sosial şəbəkələrdən izləyin:
Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən heyvan bazarlarında yenidənqurma işləri intensiv şəkildə davam etdirilir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, epizootoloji stabilliyin qorunması məqsədilə bazar rəhbərlikləri işlərini AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"na uyğun olaraq həyata keçirirlər.
Bu istiqamətdə Abşeron rayonunun Məmmədli kəndində fəaliyyət göstərən heyvan bazarına baxış keçirilib, sahibkara nümunəvi eskiz layihə təqdim olunub və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Artıq bazar rəhbərliyi layihəyə uyğun şəkildə yenidənqurma işlərinə başlayıb.
Agentliyin regional bölmələri tərəfindən prosesə nəzarət olunur və işlərin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, yenidənqurma işləri tam başa çatdıqdan sonra bazarın açılması məsələsinə baxılacaq.
Məmmədli kəndində fəaliyyət göstərən heyvan bazarında görülən işlərə dair görüntüləri təqdim edirik: