Putin Trampla Azərbaycan haqda nə danışıb? - VİDEO
348
11:11, Bu gün

Putin Trampla Azərbaycan haqda nə danışıb? - VİDEO

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Amerika-Səudiyyə biznes forumunda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatını açıqlayıb.
 
Moderator.az Milli.az-a istinadla xəbər verir ki,  ABŞ lideri bəyan edib ki, Putin onunla Azərbaycan və Ermənistan arasındakı gərginlikdən danışıb və Trampın bu problemin həllində uğur qazanmasından təəccübləndiyini bildirib.
 
"Azərbaycanda... Bu problem uzun illərdir davam edirdi. Putin mənə zəng edib dedi: "Bu münaqişəni necə həll etdiniz? İllərlə çalışdıq, alınmadı".. Ona dedim: "Buna görə narahat olma. İcazə verin, sizin lənətə gəlmiş müharibənizi - Ukraynada apardığınız müharibəni də həll edim. Mənə kömək lazım deyil; yalnız müharibənizdə mənə kömək edin".
 
Trampın çıxışı Ağ Evin rəsmi yutub kanalında yayımlanıb.

Link kopyalandı!
Son xəbərlər