İxtisarlar zamanı kimlərin işdə saxlanılma kimi imtiyazları var? - VİDEO
261
09:17, Bu gün

İxtisarlar zamanı kimlərin işdə saxlanılma kimi imtiyazları var? - VİDEO

İşçilərin sayının azaldılması və ya ştatların ixtisar olunması hər bir müəssisə üçün xarakterik xüsusiyyət daşıyır.
 
Əksər hallarda təcrübədə struktur dəyişikliyi, optimallaşdırma tədbiri kimi tətbiq olunan proses narazılıqlar olmadan ötüşmür.
 
Söhbət ixtisar zamanı işçi seçiminin hansı sahələr üzrə aparılmasından gedir.
 
Bəs, qanunvericilik bu baxımdan nə deyir?
 
Hüquqşünas Vüsal Cəfərov bildirir ki, Əmək Məcəlləsinə uyğun olaraq işçilərin sayı azaldılarkən və ya ixtisar edilərkən ixtisas və peşəkarlıq səviyyəsinə malik olan işçilər işdə saxlanılırlar.
 
Lakin onların peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əsgər və zabitlərin ailə üzvləri əsas götürülürlər.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər