Bizi sosial şəbəkələrdən izləyin:
Səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, qəza paytaxtın Cəfər Xəndan küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı yük avtomobili yolun kənarında dayanan maşınlara çırpılıb. Nəticədə 5 avtomobilə ziyan dəyib.
Qəzadan sonra "Ford"un sürücüsünün halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Sürücüyə tibbi yardım göstərilib.