Səhvə görə
102
15:26, Bu gün

Səhvə görə "qazana atılan", şah plovla qutab aşiqi olan Mikels qardaşları - VİDEO

Peşəkar Futbol Liqası Misli Premyer Liqasında çıxış edən Coy-Lens Mikels ("Sabah"), Coy-Sleyd Mikels ("Karvan-Yevlax") və Leroy Mikels ("Zirə") qardaşları ilə bağlı videosüjet hazırlayıb.
 
Moderator.az xəbər verir ki, qardaşlar Azərbaycanla bağlı fikirlərini bölüşüblər.
 
Coy-Lens Mikels bildirib ki, skuter sürməyi və çay içməyi çox sevir:
 
"Çay içməyi Almaniyadakı türk qonşularımızdan öyrənmişik. Məncə, ən dadlı çay Azərbaycan çayıdır. Bundan əlavə, Azərbaycan mətbəxindən şah plovu və qutabı da çox sevirəm".
 
Coy-Sleyd Mikels isə qeyd edib ki, qardaşların əvvəldən arzusu eyni liqada oynamaq olub:
 
"Ən böyük hədəfimiz isə üç qardaş eyni komandada oynamaqdır".
 
Leroy Mikels Ruanda millisinə dəvət aldıqlarını vurğulayıb:
 
"Bu, üçümüzü də eyni komandada izləmək istəyən klublar üçün yaxşı şans ola bilər".
 
Reportajı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər