Bizi sosial şəbəkələrdən izləyin:
Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Mənsud Vahid oğlu Novruzov körpünün üzərindən keçərkən ehtiyatsızlıqdan 20 metr hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çaydan çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.