Yeni Günəşli sakinləri çıxılmaz durumda:
294
08:34, Bu gün

Yeni Günəşli sakinləri çıxılmaz durumda: "Buranın tozu evlərə də vurur"

Paytaxtın Yeni Günəşli yaşayış massivində yerləşən "Ana Bala" parkı illərdir baxımsız vəziyyətdə qalır.
 
Vətəndaşların sözlərinə görə, parkda nə oturacaqlar var, nə də işıq dirəkləri.
 
Həmçinin, parkda yerləşən yarımçıq tikili sökülür. Vətəndaşlar bildirirlər ki, ola bilsin, ərazini abadlaşdırmaq yerinə həmin yerdə başqa bir obyekt tikilsin.
 
"Camaatın gedib-gəldiyi yer tozdur. Buranın tozu evlərə də vurur. Bilmirik nə tikmək fikrindədirlər. O tərəfdə bazar var. Artıq onun da bir hissəsini götürüblər".
 
Sakinləri narahat edən problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən parkda 2011-ci ildə inşa edilən və yarımçıq saxlanılan tikili istismar üçün yararsız və əlverişsiz olduğu üçün sökülüb.
 
Ətraflı Baku TV-nin süjetində:
Link kopyalandı!
Son xəbərlər