Hidayət “Mercedes”lə qəza törətdi - VİDEO
298
12:10, Bu gün

Hidayət “Mercedes”lə qəza törətdi - VİDEO

Fitnesçi Hidayət Məhərrəmli yol-nəqliyyat hadisəsi törədib.
 
Moderator.az xəbər verir ki, qəza paytaxtın Səbail rayonu ərazisində baş verib.
 
Belə ki, idmançı avtomobili ilə sürətlə hərəkətdə olarkən bir əli ilə telefonla çəkiliş edir. Bu zaman “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq bardürə çıxır.
 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
 
"Sükan arxasında telefonla çəkiliş apararkən baş verən qəza ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, telefondan istifadə – istər danışmaq, istər yazışmaq, istərsə də video çəkmək – sürücünün öz həyatını və yolda olan hər kəsi ciddi təhlükə altına qoyur. Cəmi 2-3 saniyəlik diqqət yayınması belə, qarşıya çıxan piyadanı, digər nəqliyyat vasitəsini və ya qəfil yaranan təhlükəni görməməyə səbəb olur. Bu qədər qısa zaman kəsiyində avtomobil onlarla metr nəzarətsiz hərəkət edir və nəticədə ağır qəza qaçılmaz olur.
 
Sükanı tək əllə tutub digər əllə telefonla çəkiliş aparmaq isə ümumiyyətlə yol hərəkəti təhlükəsizliyi üçün birbaşa təhdiddir. Bu cür məsuliyyətsiz davranış nəinki sürücünün özünü, həm də yolda olan hər kəsi real təhlükə ilə üz-üzə qoyur. Unutmayaq: sükan arxasında seçim sadədir – ya telefon, ya təhlükəsizlik", - qurum rəsmisi vurğulayıb.


 

Link kopyalandı!
Son xəbərlər