Qohumugilə qonaq getmişdi, elektrik cərəyanı vurub öldürdü - VİDEO
176
10:47, Bu gün

Qohumugilə qonaq getmişdi, elektrik cərəyanı vurub öldürdü - VİDEO

Ağstafa rayonunun Düzqışlaq kəndində bədbəxt hadisə baş verib.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, 38 yaşlı Vəli Zeynalov qonaq getdiyi evdə avadanlıq təmir edərkən onu elektrik cərəyanı vurub və hadisə yerində dünyasını dəyişib.
 
“Qonaq gedib. Axşam tərəfi “gidrafor” xarab olub, istəyib düzəltsin, cərəyan vurub. Qonaq getdiyi ev də yaxın adamın idi”, - V.Zeynalovun yaxınları bildirib.
 
Meyit müvafiq ekspertiza aparılması üçün aidiyyəti üzrə təhvil verilib.
 
Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.
 
Daha ətraflı videomaterialda:
Link kopyalandı!
Son xəbərlər