Balaxanı yolundakı dərin çuxur hərəkəti iflic edir - Sürücülərdən ŞİKAYƏT
403
08:34, Bu gün

Balaxanı yolundakı dərin çuxur hərəkəti iflic edir - Sürücülərdən ŞİKAYƏT

Bakıda, Balaxanı-Zabrat yolunda yaranan iri çuxur sürücülər üçün təhlükəli vəziyyətə səbəb olub.
 
Moderator.az "Xəzər TV"yə istinadən xəbər verir ki, sürücülər problemin gecə saatlarında iritonnajlı yük avtomobillərinin həmin yoldan keçməsi nəticəsində yarandığını bildirirlər. Onların sözlərinə görə, çuxur nəqliyyat vasitələrinə ciddi ziyan vurmaqla yanaşı, qəza riskini də artırır.
 
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, əraziyə baxış keçirilib və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər