Sakin:
405
15:21, Bu gün

Sakin: "Yanğına sonuncu mərtəbədə yaşayan qonşu səbəb olub" - VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10B ünvanında yanğın baş verib.
 
Hadisə çoxmərtəbəli yaşayış binasının damında qeydə alınıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları təhlükəni nəzərə alaraq vətəndaşları evlərindən təxliyə ediblər.
 
Sakinlərin iddiasına görə, hadisənin baş verməsinə səbəb binanın doqquzuncu mərtəbəsində yaşayan qonşudur.
 
"Qonşum zəng etdi ki, nə oturmusan, bina yanır. Durub bayıra çıxdım. Yanğına 9-cu, sonuncu mərtəbədə yaşayan qonşu səbəb olub. Dama taxta, parça, şüşə yığılmışdı", - deyə sakin yanğınla bağlı danışarkən deyib.
 
Daha ətraflı Baku TV-nin süjetində:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər