Bizi sosial şəbəkələrdən izləyin:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təqdim etdiyi "Smart icmal" süni intellekt əsaslı xəbər buraxılışı izləyicilərin ixtiyarına verilib.
Moderator.az xəbər verir ki, bu barədə RİNN-dən bildirilib.
Məlumata görə, süni intellekt aparıcı "NaRİNN" nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərinin icmalını bölüşəcək.
"Smart icmal" vasitəsilə sektorda baş verən dəyişiklikləri, innovasiyaları və rəqəmsal transformasiyanın əsas məqamlarını daha dinamik, müasir və texnoloji formatda izləmək imkanı olacaq.