Bizi sosial şəbəkələrdən izləyin:
2014-cü ildə çəkilən "Reaksiyon" serialında Türkiyədə baş verən təyyarə qəzasına oxşar səhnə var imiş.
Hadisə ilə bağlı diqqət çəkən məqamlardan biri 2014-cü ildə çəkilən "Reaksiyon" adlı türk serialında demək olar ki, eyni məzmunlu səhnənin yer almasıdır.
Ekran işində Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması və ardınca baş verən hadisələr təsvir olunur.
Qeyd edək ki, qəza zamanı təyyarədə yalnız personal və uçuş üçün lazım olan texniki avadanlıqlar olub, sursat daşınmayıb. Təyyarə 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb. Sonuncu dəfə yoxlamadan 11 sentyabr-12 oktyabr 2025-ci il tarixlərində keçib.
Xatırladaq ki, hadisə günü təyyarə əvvəlcə Kayseridən Gəncəyə hərbi personal və avadanlıq daşıyıb və təhlükəsiz eniş edib. 13:50-də təyyarə ilə son əlaqə qurulub, daha sonra radar və radio əlaqəsi kəsilib. Təyyarə 14:34-də sərhəd bölgəsində naməlum səbəbdən qəzaya düşüb.
Milli.az