Ermənistanda daha bir jurnalist saxlanıldı - VİDEO
220
12:50, Bu gün

Ermənistanda daha bir jurnalist saxlanıldı - VİDEO

İrəvanda "Antifake" nəşrinin daha bir jurnalisti - İşxan Xosrovyan saxlanılıb.
 
Bu barədə vəkil Ruben Melikyan sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Noyabrın 13-də "İmnemnimi" podkastının müxalif aparıcıları Vazgen Saqatelyan və Narek Samsonyanın həbsindən sonra "Antifake" nəşrinin ofisində axtarışlar aparılıb. Az sonra jurnalist David Fidanyan da saxlanılıb.
 
Vəkil bildirib ki, Xosrovyan onunla əlaqə saxlayıb və saxlanması barədə məlumat verib:
 
"Xosrovyan hazırda polis bölməsindədir, oradan İstintaq Komitəsinə aparılmalıdır".
 
Vəkil bildirib ki, təhlükəsizlik qüvvələrinin hərəkətləri nəşrin fəaliyyətini dayandırmaq məqsədi daşıyır.
 
Xatırladaq ki, noyabrın 13-də səhər saatlarında maskalı hüquq-mühafizə orqanlarının əməkdaşları "İmnemnimi" podkastının aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərinə basqın edərək, axtarış apardıqdan sonra onları İstintaq Komitəsinə aparıblar. Onların vəkili Ruben Melikyan daha sonra bildirib ki, təqsirləndirilən bloqerlər xuliqanlıq ittihamı ilə saxlanılıblar. Məhkəmə Saqatelyan və Samsonyanın həbsinə qərar verib. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər