Kürdəmirin Çərtəyəz kəndində yol problemi:
221
15:07, Bu gün

Kürdəmirin Çərtəyəz kəndində yol problemi: "Hamilə qadına görə təcili yardım çağırdıq - gəlmədi"

Kürdəmirin Çərtəyəz kəndində sakinlər yol problemindən şikayətçidirlər.
 
Sakinlərin sözlərinə görə, asfalt örtüyünün salınmaması səbəbindən yayda toza, qışda isə palçığa görə hərəkət etməkdə çətinlik çəkirlər.
 
Onlar deyirlər ki, yol yararsız halda olduğu üçün avtomobillər tez-tez sıradan çıxır, eləcə də təcili tibbi yardım əməkdaşları kəndə gəlməkdən imtina edirlər.
 
"Hamilə qadın var idi. Təcili yardım çağırdıq, yola görə gəlmədi. Qonşudan onu xəstəxanaya aparmasını xahiş etdik. Yolda uşaq dünyaya gətirdi. Çox əzab çəkdi, demək olar ki, ölümdən döndü. Hansı dövrdə yaşayırıq?! Uşaqları məktəbə ulaq arabası ilə aparırlar", - deyə sakin narazılığını bildirib.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər