Avtoxuliqanlıq edən və narkotikin təsirində olan sürücülər saxlanıldı - VİDEO
114
11:33, Bu gün

Avtoxuliqanlıq edən və narkotikin təsirində olan sürücülər saxlanıldı - VİDEO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Moderator.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. 
 
Həmçinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.

Link kopyalandı!
Son xəbərlər