6-cı mikrorayon sakinlərini bezdirən PROBLEM - VİDEO
142
08:18, Bu gün

6-cı mikrorayon sakinlərini bezdirən PROBLEM - VİDEO

Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində yaşayan sakinlər həm təhlükəli vəziyyətdə olan ağaclar, həm də illərdir davam edən işıqlandırma probleminə görə narahatlıq yaşayırlar.
 
Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsindəki ağacların bir çoxu yola doğru əyilib və bu, ciddi təhlükə yaradır. Vəziyyət, xüsusilə, bir ağacda daha kritikdir: gövdəsi tamamilə çürüyərək ortadan ikiyə ayrılıb.
 
Sakinlər dəfələrlə aidiyyəti qurumlara (İcra Hakimiyyəti və Yaşıllıq İdarəsi) müraciət etsələr də, məsələyə baxılmayıb.
 
"İcra hakimliyinə zəng etmişik, haralara zəng etsək də, fikir verən yoxdur. Külək əsən kimi bu ağac yıxılacaq. Yıxılsa, maşınları da, insanları da əzəcək".
 
Təhlükəli ağaclar problemi ilə yanaşı, rayonun digər əsas narahatlığı Ruslan Tağıyev və Sahib Hüseynov küçələrinin kəsişməsindədir. Burada heç bir işıq dirəyi yoxdur. Axşam vaxtı ərazi tam qaranlığa qərq olur.
 
Sakinlərin sözlərinə görə, bu vəziyyət artıq 20 ildir ki, davam edir. Yan küçələrə işıq dirəkləri quraşdırılsa da, onların yaşadığı ərazidə axşam düşəndə göz-gözü görmür.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Link kopyalandı!
Son xəbərlər