Bizi sosial şəbəkələrdən izləyin:
Danimarkada 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsi qadağan edilib.
Danimarka Rəqəmsal İşlər Nazirliyinin təşəbbüsü ilə irəli sürülən təklif hökumət və siyasi partiyalar tərəfindən qəbul olunub.
Qeyd edək ki, Avstraliya 16 yaşdan aşağı istifadəçilərin sosial media hesabı açmasını məhdudlaşdıran ilk ölkə olub. Daha sonra isə Türkiyədə bu qanun layihəsi təsdiqlənib.
Bəs belə bir qərarın qəbulu ölkəmizdə də mümkündürmü?
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşlar hesab edirlər ki, Azərbaycanda bu qanun qəbul olunsa, ona riayət edilməyəcək.
"Övladım böyüyür. Telefonu əlindən ala bilmirəm. Amma başqa yol da yoxdur", "Ölkəmizdə bu qanun işə yaramayacaq. Hamı telefonunu uşağına verəcək", - deyə sakinlər bildiriblər.
Daha ətraflı videomaterialda: