Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən "C-130" tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı yeni versiya açıqlanıb.
Hadisə ilə bağlı keçmiş "C-130" pilotu Bülent Boralı "A Haber" telekanalına müsahibəsində qəzanın mümkün səbəblərini dəyərləndirib.
Onun sözlərinə görə, təyyarənin mühərrikləri işlək vəziyyətdə olub və partlayış izləri müşahidə edilməyib. O bildirib ki, qəza görüntülərində yalnız yanacaq sızmasından yaranan tüstü görünür.
"Konstruksiya materialının yorğunluğu istisna edilmir. Sivil aviasiyada bu səbəbdən çox sayda qəza yaşanıb. Videolarda təyyarənin quyruq hissəsinin ayrıldığı görünür, başqa bir obyektlə toqquşma əlaməti yoxdur. Hər bir təyyarənin müəyyən gövdə ömrü var və texniki baxışlar zamanı bu, diqqətlə yoxlanılır. Amma söhbət 1950-ci illərdə istehsal edilmiş modeldən gedir", - deyə ekspert bildirib.
Boralı əlavə edib ki, "C-130"lar çox etibarlı və təhlükəsiz uçuş üçün nəzərdə tutulub, buna görə qəzanın baş verməsi ciddi təəssüf doğurur.
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanın hərbi hava limanından səmaya qalxan və Türkiyəyə istiqamətlənən "C-130" tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğradığını açıqlayıb. Nazirliyin məlumatına görə, təyyarədə 20 nəfər heyət üzvü olub.
Daha ətraflı Baku TV-nin videomaterialında: