Bizi sosial şəbəkələrdən izləyin:
İran Prezidenti Məsud Pezeşkian hökumətin xalqın sosial və iqtisadi problemlərinin həllinə yönəlmiş prioritetlərini vurğulayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Parlamentin plenar iclasında prezident bildirib ki, İran parlamenti hər həftə bir gününü insanların problemlərinə həsr etməyə çalışır:
"Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil. Bu ilin büdcəsi elə qurulmalıdır ki, insanların güzəranı əsas prioritet olsun. Əgər xalqın dolanışığını təmin etməsək, nəyə sahib olsaq da, hər şey mənasız görünəcək".
Pezeşkian, habelə, İranın zəif qalmasına imkan verməyəcəyini və milli birliklə ölkənin problemlərini həll etməyə çalışacağını qeyd edib.