Bizi sosial şəbəkələrdən izləyin:
Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.