Bayram günlərində 111 yanğına çıxış oldu: 8 nəfərin meyiti tapıldı - VİDEO
349
10:17, Bu gün

Bayram günlərində 111 yanğına çıxış oldu: 8 nəfərin meyiti tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 111 yanğına çıxış, 16 köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
 
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 4-ü azyaşlı olmaqla 20 xilas edilib, 2 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 8 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər